​İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşlarla görüşəcək

Biznes
  • 14 yanvar, 2015
  • 11:57
​İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşlarla görüşəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yanvarın 16-da Neftçalada vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşların qəbulu saat 11:00-dan Heydər Əliyev Mərkəzində keçiriləcək. Görüşdə Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqələndirici şəxs Elmar Hacıyevlə (tel.: 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90) ilə yaxud nazirliyin Aran regional bölməsi ilə əlaqə saxlaya bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi yaradılmış bölmələr vasitəsilə də qəbula yazıla bilərlər.

44 filmi