İqtisadiyyat naziri Türkiyəyə gedir

Biznes
  • 29 noyabr, 2017
  • 11:28
İqtisadiyyat naziri Türkiyəyə gedir
İqtisadiyyat naziri Şahin Mustafayev
Report

Bakı. 29 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin sabah İstanbulda (Türkiyə) keçiriləcək VII görüşündə iştirak edəcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xatırladaq ki, TDƏŞ 2010-cu ildə türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilmiş 10-cu zirvə toplantısı zamanı yaradılıb. Şuraya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.

2011-ci ildə TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin ilk görüşü keçirilib. TDƏŞ-in iqtisadiyyat nazirlərinin 6-cı iclası isə 20-21 dekabr 2016-cı il tarixində Bakıda təşkil olunub.