Gürcüstanın xarici ticarət dövriyyəsi 23 % artıb 

Biznes
  • 15 noyabr, 2021
  • 07:04
Gürcüstanın xarici ticarət dövriyyəsi 23 % artıb 

Bu ilin ilk 10 ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 11 milyard 352,3 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, illik müqayisədə dəyərdə 23 % artım qeydə alınıb.

Yanvar-oktyabrda qonşu ölkənin ixracının həcmi 3 milyard 392,4 milyon dollar (+24,9 %), idxalının dəyəri isə 7 milyard 959,8 milyon ABŞ dollarına (+22,3 %) bərabər olub.

Hesabat dövründə 4 milyard 567,4 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi xarici ticarət dövriyyəsindəki payı 40,2 % təşkil edib.

44 - Tezliklə