Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 14 %-dən çox artıb
- 19 oktyabr, 2026
- 16:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 109,167 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,4 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri bir il əvvələ nisbətən 6,9 % artaraq 566,666 milyon ABŞ dolları (ümumi ixracın 9,2 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 22,9 % artaraq 542,501 milyon ABŞ dolları (ümumi idxalın 3,8 %-i) olub.
Son bir ildə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 9,2 % artaraq 20 milyard 535,256 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 19,6 % artaraq 6 milyard 153,217 milyon ABŞ dolları, idxalın dəyəri isə 5,3 % artaraq 14 milyard 382,039 milyon ABŞ dolları olub.