Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 10 % azalıb
- 19 fevral, 2026
- 12:25
Bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 98,132 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % azdır.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 6,1 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 7,6 % azalaraq 42,792 milyon ABŞ dolları (ümumi ixracın 8,9 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11,9 % azalaraq 55,339 milyon ABŞ dolları (ümumi idxalın 4,9 %-i) olub.
Son 1 ildə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 23,6 % azalaraq 1 milyard 609,906 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 19 % artaraq 480,414 milyon ABŞ dolları, idxalın dəyəri isə 33,7 % azalaraq 1 milyard 129,492 milyon ABŞ dolları olub.