Gürcüstanın Azərbaycandan siqaret alışına çəkdiyi xərci 2 dəfə artıb
- 19 may, 2025
- 16:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 10,2 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin yanvar-aprel aylarında Gürcüstan xarici ölkələrdən 51,4 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da 1 il əvvəlki göstəricidən 42 % çoxdur.
Hesabat dövründə Gürcüstan Litvadan 11,81 milyon ABŞ dolları, Ermənistandan 11,3 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 5 milyon ABŞ dolları, Ukraynadan 4 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 158,6 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 32,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.