Gürcüstanın Azərbaycandan keramika məhsulları idxalına çəkdiyi xərc kəskin artıb
- 20 may, 2025
- 11:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 366 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 2,4 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 36,5 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 5,5 % çoxdur.
Bu ilin ilk 4 ayında Gürcüstan İrandan 8,8 milyon ABŞ dolları, Çindən 8,5 milyon ABŞ dolları, İspaniyadan 5,8 milyon ABŞ dolları, Türkiyədən 5,78 milyon ABŞ dolları, İtaliyadan 2,3 milyon ABŞ dolları dəyərində məhsul alıb.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 120 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bunun da 789 min ABŞ dolları Azərbaycanın payına düşüb.