Gürcüstanda işləyən Azərbaycan vətəndaşlarının sayı məlum olub

Biznes
  • 28 fevral, 2022
  • 07:58
Gürcüstanda işləyən Azərbaycan vətəndaşlarının sayı məlum olub

Hazırda Gürcüstanda 16 880 nəfər xarici ölkə vətəndaşı işləyir.

Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.

Əcnəbilərin 1 403 nəfərini və yaxud 8,31 %-ni Azərbaycan vətəndaşları təşkil edir. Onlar əsasən tikinti, pərakəndə və topdan satış, motosikl və avtomobil təmiri, nəqliyyat və anbar təsərrüfatı sahələrində rəsmi əmək fəaliyyəti ilə məşğul olurlar.

Gürcüstanda 120-dən çox ölkənin vətəndaşı çalışır. Onların arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir.

44 filmi