Gürcüstan Azərbaycandan orqanik gübrə alışını avqustda 69 % artırıb

Biznes
  • 21 sentyabr, 2024
  • 08:44
Gürcüstan Azərbaycandan orqanik gübrə alışını avqustda 69 % artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 515,52 min ABŞ dolları dəyərində 4 min 296 ton heyvan və ya bitki mənşəli (orqanik) gübrə idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % azdır, kəmiyyət olaraq – 24 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana orqanik gübrə tədarük edən ölkələr arasında 1-ci yerdə qərarlaşıb.

Təkcə avqustda Gürcüstan Azərbaycandan 77,8 min ABŞ dolları dəyərində 648 ton orqanik gübrə alıb. Bu, bir əvvələ nisbətən müvafiq olaraq 68,8 % və 69 % çoxdur.

İlk 8 ay ərzində Gürcüstan xarici ölkələrdən 758 min ABŞ dolları dəyərində 4 min 652 ton orqanik gübrə alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 1 % azdır və 27 % çoxdur. O cümlədən Gürcüstan İtaliyadan 97,85 min ABŞ dolları dəyərində 30,8 ton, Türkiyədən 80,52 min ABŞ dolları dəyərində 156,48 ton, Latviyadan 38,3 min ABŞ dolları dəyərində 102,33 ton, Rusiyadan 11,32 min ABŞ dolları dəyərində 66 ton orqanik gübrə idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 5 min 629 ton orqanik gübrə alıb ki, bunun da 799 min ABŞ dolları dəyərində 5 min 302 tonu Azərbaycanın payına düşüb.