Göyçay Şərab Zavodu maliyyə vəziyyətini açıqlayıb

Biznes
  • 19 iyun, 2025
  • 09:32
Göyçay Şərab Zavodu maliyyə vəziyyətini açıqlayıb

“Göyçay Şərab” ASC 2024-cü ili 1,939 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 47,6 % çoxdur.

Ötən il “Göyçay Şərab”ın vergiyəqədərki mənfəəti 3,482 milyon manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 485 min manat (47,9 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Göyçay Şərab”ın aktivləri 20,955 milyon manat olub ki, bu da illik müqayisədə 33,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,9 % artaraq 15,184 milyon manata, balans kapitalı isə 4,5 dəfə artaraq 5,771 milyon manata çatıb.

Xatırladaq ki, “Göyçay Şərab” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 46 248 manatdır.

44 - Tezliklə