“Google” və “Amazon” cərimələndi
Biznes
- 10 dekabr, 2020
- 11:48
Fransa Milli İnformasiya Azadlığı Komissiyası (CNIL) “cookie” reklam fayllarından qanunsuz istifadə etdikləri üçün “Google LLC” və “Google İreland LTd” şirkətlərini bütövlükdə 100 milyon avro, “Amazon Europe Core” şirkətini isə 35 milyon avro məbləğində cərimələyib.
“Report” “Prime”ə istinadən xəbər verir ki, CNİL-in verdiyi açıqlamaya görə, 7 dekabr tarixli qərar müvafiq olaraq google.fr və amazon.fr saytlarına daxil olan istifadəçilərin kompüterlərinə onlardan xəbərsiz, müvafiq icazə almadan cookie-lər yerləşdirildiyinə görə çıxarılıb.
Qeyd edək ki, server tərəfindən göndərilərək istifadəçi kompüterinin brauzerində saxlanılan cookie saytlara istifadəçiləri tanıyaraq hərəkətlərini yaddaşa vermək imkanı yaradır.
Son xəbərlər
05:29
Britaniyada xəstələrin hüceyrələrindən miniatür insan orqanları yetişdiriləcək
Sağlamlıq05:01
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb
Digər ölkələr04:51
ABŞ "Amerika Qalxanı" müttəfiqlərinin hərbi potensialını artırmağa hazırdır
Digər ölkələr04:25
Xersonda dron hücumu nəticəsində iki nəfər ölüb
Digər ölkələr03:34
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr03:13
Trampın "Truth API" xidmətinə qarşı ABŞ-da məhkəmə iddiası qaldırılıb
Digər ölkələr03:00
ABŞ müttəfiqlərini Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa çağırıb
Digər ölkələr02:39
Gürcüstanda mikroavtobus qəzasında azı 4 Belarus vətəndaşı ölüb
Digər ölkələr02:26