Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Biznes
- 27 noyabr, 2020
- 08:01
2021-ci ilin mart ayından etibarən Azərbaycanda yolsuzluq avtomobillərinin (Cip) istehsalına başlanacaq.
Bunu “Report”a eksklüziv açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, artıq bununla bağlı bir sıra şirkətlərlə danışıqlar aparılır:
“Ölkəmizdə “Cip”lərə böyük tələbat var və bunu nəzərə alaraq mart ayından etibarən onların istehsalını planlaşdırırıq. Artıq bir sıra xarici avtomobil istehsalçıları ilə danışıqlara başlamışıq və ilkin razılıqlarımız var. Avtomobillərin Neftçala Avtomobil Zavodunda istehsalı nəzərdə tutulur. “Cip”lərin qiyməti komplektasiyadan asılı olaraq dəyişəcək”.
Xatırladaq ki, Neftçala Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.
Son xəbərlər
00:35
KİV: Venesuela İsrailə neft tədarükünü bərpa edib
Digər ölkələr23:56
Paşinyan Azərbaycanla sülh sazişini parlament seçkilərindən əvvəl imzalamaq istəyir
Region23:44
Qış Olimpiya Oyunları: Azərbaycan fiqurlu konkisürəni qısa proqram üzrə çıxış edib
Fərdi23:39
Vens sülh gündəliyinin irəli aparılmasında İlham Əliyevin liderliyini vurğulayıb
Xarici siyasət23:35
Cey. Di. Vens: Prezident Tramp Azərbaycana və Ermənistana heyrandır
Xarici siyasət23:26
İlham Əliyev: Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub
Xarici siyasət23:17
Tramp: Razılıq əldə olunmasa, ABŞ İrana qarşı sərt tədbirlər görəcək
Digər ölkələr23:01
Foto
İzmirdə FETÖ-yə qarşı əməliyyat zamanı 12 nəfər saxlanılıb
Region22:47