Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib

Biznes
  • 24 yanvar, 2017
  • 08:40
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib

Bakı. 24 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün növbəti hərrac keçirib.

Komitədən “Report”a verilən xəbərə görə, baş tutan hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahələrinin ikisi paytaxtın Nəsimi və Nizami rayonlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Nəsimi rayonunda yerləşən binanın zirzəmi sahəsi olub. Belə ki, adıçəkilən əmlak 85 min manata özəlləşdirilib.

Qeyd edək ki, hərrac elanları hərrac günündən 1 ay əvvəldən Komitənin informasiya resurslarında ictimaiyyətə açıqlanır. Bununla belə, hərracdan dərhal sonra qısa müddət ərzində əmlak üzərində mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış da verilir.