Emin Ağalarov: "Azərbaycan-Rusiya biznes-forumu hər il keçirilə bilər"
- 17 aprel, 2026
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan-Rusiya biznes-forumu hər il keçirilə bilər.
"Report" xəbər verir ki, bu təkliflə Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov bu gün Bakıda keçirilən şuranın iclasında çıxış edib.
"Ötən ilin sentyabrında "Sea Breeze Resort"ərazisində Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin dəstəyi I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təşkil olunub. Tədbir çərçivəsində Rusiya, Çin, Bəhreyn, Qətər, BƏƏ və digər ölkələrdən olan şirkət nümayəndələri ilə işgüzar görüşlər keçirilib. Biz forumu hər il keçirilən tədbirə çevirməyi planlaşdırırıq. Bununla əlaqədar olaraq, Azərbaycan-Rusiya İşgüzar Şurası adından hər il "Sea Breeze"də Azərbaycan-Rusiya biznes-forumunun keçirilməsini təklif edirəm", - o deyib.
E. Ağalarov vurğulayıb ki, bu forumun mütəmadi təşkili ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verə bilər:
"Belə bir platforma sahibkarlar arasında dialoqun inkişafı və ikitərəfli iqtisadi əlaqələrin dərinləşməsi üçün faydalı olacaq".