​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mərkəzi Bank tender elan edib

Biznes
  • 10 fevral, 2016
  • 23:36
​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mərkəzi Bank tender elan edib

Bakı. 11 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Müharibə və Əmək Əlilləri üçün Pansionatı 2016-cı il üçün ərzaq məhsullarının satınalınması məqsədilə tender keçirir.

“Report”un xəbərinə görə, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri martın 18-dək təqdim etməlidirlər. Təklif zərfləri aprelin 4-də açılacaq.

Azərbaycan Mərkəzi Bankı da nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi məqsədilə tender elan edib. Tender proseduru aprelin 1-də keçiriləcək.

Təkliflər martın 31-dək təqdim olunmalıdır.