EBRD-nin dəstəyi ilə Azərbaycan şirkəti Özbəkistan bazarına çıxır

Biznes
  • 22 fevral, 2022
  • 13:32
EBRD-nin dəstəyi ilə Azərbaycan şirkəti Özbəkistan bazarına çıxır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa İttifaqı (Aİ) Azərbaycan şirkəti “Vitam” MMC-yə yeni "ERP" sistemini tətbiq etməyə və onu transformasiya etməkdə köməklik göstərib ki, bu da son nəticədə onun müştəri portfelinin genişlənməsinə və daxili imkanların əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub.

"Report" EBRD-yə istinadən xəbər verir ki, bu, şirkətin əməkdaşlarına istehsal xərclərini dəqiq hesablamağa, istehsal proseslərinə nəzarət etməyə, çap və istehsal xətaları riskini azaltmağa imkan verib.

“Avtomatlaşdırılmış idarəetmə informasiya sisteminin olmaması gündəlik əməliyyatlarda səmərəsizliyə və biznes prosesləri üzərində nəzarətin olmamasına gətirib çıxarırdırdı ki, bu da son nəticədə böyüməni və müştərilərin cəlb edilməsi imkanlarına mane olur. Şirkət biznesini optimallaşdırmaq və daha çoxşaxəli və rəqabətli etmək üçün EBRD-nin "Kiçik Biznesə Məsləhət" proqramına müraciət edib.

Biz qərara gəldik ki, "Vitam"ın müasir, məlumatlara əsaslanan və ölçülə bilən yeni idarəetmə sistemini inkişaf etdirilməli. Biz EBRD-yə müraciət etdiyimiz zaman müəssisə resurslarının planlaşdırılması (ERP) proqram təminatı baha idi və bizim bunu özümüz ödəməyə resurslarımız yox idi. Ancaq EBRD-nin birgə maliyyələşdirmə baxımından əməkdaşlıq potensialı təklif ediyini öyrəndik və bu fürsətdən istifadə etdik”, - deyə şirkətin Baş direktoru Tehran Əliyev bildirib.

Onun sözlərinə görə, "Vitam" həmçinin yeni biznes sahələrini, o cümlədən çərçivələrin və asma tavanların istehsalı, habelə restoran və mağazalar üçün mebelin konseptual dizaynını işə salıb:

“Şirkət müştəri portfelini genişləndirib və "Samsung", "Sony", "Bosch", "GlaxoSmithKline", "Optimal", "Baku Electronics", "SOCAR", BMT və digərləri ilə müqavilələr imzalayıb və nəticədə dövriyyəni demək olar ki, iki dəfə artırıb”.

Şirkət həmçinin qlobal bazarlara çıxmaq, Mərkəzi Asiya və Avropaya ixrac etmək və qlobal brendlər üçün sifarişlərin yerinə yetirilməsi üzrə beynəlxalq təcrübə qazanmaq strategiyasını işləyib hazırlayıb. Hazırda şirkət “Bosch” ilə əməkdaşlıq edərək Özbəkistanda istehsala başlamağı planlaşdırır.

Qeyd edək ki, 2004-cü ildə əsası qoyulan "Vitam" ölkənin aparıcı ekran və lövhə şirkətlərindən birinə çevrilib.

Şirkət müştərilərə potensial və mövcud müştərilərlə daha effektiv ünsiyyət qurmağa kömək edən xüsusi lövhələr, mebel və ekran stendləri, eləcə də geniş formatlı çap və qrafik dizayn xidmətləri kimi brendləri nümayiş etdirən vizual reklamlar istehsal edir.

44 - Tezliklə