Dünya Bankı: “Xəzər dənizi vasitəsilə daşımalar 3 dəfə artacaq”

Biznes
  • 27 noyabr, 2023
  • 13:17
Dünya Bankı: “Xəzər dənizi vasitəsilə daşımalar 3 dəfə artacaq”

Orta Dəhliz tam istismara verilsə 2030-cu ilə qədər Xəzər dənizi vasitəsilə daşımaların həcmi 2021-ci ilə nisbətən 3 dəfə artaraq 11 milyon tona çatacaq.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı hesabatda bildirilir.

Sənəddə deyilir ki, Xəzərlə yük daşımalarının təxminən 4 milyon tonunun konteynerlər vasitəsilə həyata keçiriləcəyi proqnozlaşdırılır. Təkmilləşdirməl aparılmadığı halda isə nəqliyyat tələbatı proqnozlaşdırılan artımdan 35 % az olacaq. Tranzit yüklərin əsas hissəsini Avropa ilə Çin və Qazaxıstan arasında ticarət təşkil edəcək.

“Gübrə kimi yüksək əlavə dəyərli əmtəələrdə daşımaların təxminən iki dəfə artacağı gözlənilir. Dəhliz vasitəsilə daha çox daşınacaq mallara metal məmulatları, hazır qida məhsulları, maşınlar və kimyəvi maddələr daxildir. Xammalın payı 60 %-dən 53 %-ə endiriləcək. Neft və neft məhsulları, eləcə də qara və əlvan metallar Xəzər dənizi vasitəsilə daşımaların mühüm hissəsini təşkil etməkdə davam edəcək" - deyə hesabatda qeyd olunub.