Dövlət Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edib
- 24 iyun, 2015
- 11:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 iyun. REPORT.AZ/ İyunun 24-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Qazax şəhərindəki Şahmat Mərkəzində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.
Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük-keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.
Qəbul zamanı DGK-nın sədrinin vətəndaşların müraciətlərini dinlədiyi və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verdiyi deyilir.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.