"DOST" müfəttiş layihəsinin təqdimatı olub
- 05 iyul, 2024
- 07:12
Yeniliklərdən dərhal xəbərdar olun!
"DOST" müfəttiş layihəsinin təqdimatı baş tutub.
"Report"un məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə çıxış edən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına "DOST Müfəttiş layihəsinin əhəmiyyəti barədə məlumat verib.
Bildirilib ki, layihə çərçivəsində müəssisələrdə əmək münasibətləri və insan resursları üzrə cari vəziyyətı ətraflı qiymətləndirilir, müvafiq istiqamətlər üzrə təlim və konsultasiyalar təşkil edilir.
Layihənin məqsədi iş yerlərində əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqində, əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasında işəgötürənlərə dəstək olmaqdır.
Qeyd olunub ki, layihə həmçinin müəssisələrə əmək qanunvericiliyinin tələblərinin tətbiqi vəziyyətini qiymətləndirməyə, əməyin mühafizəsinin standartlara uyğun təşkilinə, Əmək və Məşğulluq altsisteminin tətbiqində onların qarşılaşdığı çətinliklərın aradan qaldırılmasına yardım edir.
Bildirilib ki, artıq bu layihə bir neçə qurumda tətbiq edilib.