DGK sədri Şirvanda vətəndaşları qəbul edib
- 26 yanvar, 2019
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Şirvan şəhərində vətəndaşları qəbul edib.
Komitədən “Report”a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Şirvan şəhəri, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri, əsasən, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı S.Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.