Daha bir ölkədən Azərbaycana noxud tədarükünə başlanılıb
- 05 yanvar, 2023
- 13:25
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 2,3 milyon ABŞ dolları dəyərində 3 min 138 ton qurudulmuş noxud gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 % çoxdur, kəmiyyət olaraq – 33,8 % azdır.
Hesabat dövründə Rusiyadan 872 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 18,7 % azdır) dəyərində 2 min 210 ton (-45 %), Meksikadan 685 min ABŞ dolları (+3,2 dəfə) dəyərində 685,1 ton (+3,1 dəfə), Hindistandan 262 min ABŞ dolları dəyərində (-12,7 %) 194,5 ton (-33,2 %), Almaniyadan 259 min ABŞ dolları dəyərində (+9 dəfə) 104,3 ton (+7 dəfə), Türkiyədən 119 min ABŞ dolları dəyərində (-5,6 %) 81,4 ton (-42 %) məhsul alınıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana tədarük həyata keçirilib. Həmin ölkədən 54 min ABŞ dolları dəyərində 48 ton noxud idxal edilib.
2021-ci ildə Azərbaycanın xaricdən (18 ölkədən) aldığı 5 min 430 ton noxudun 86,3 %-i Rusiyanın payına düşüb.