“Coca-Cola”ın satışları bir aya 25% azalıb

Biznes
  • 21 aprel, 2020
  • 14:42
“Coca-Cola”ın satışları bir aya 25% azalıb

Bu ilin I rübündə dünyanın ən böyük içki istehsalçılarından olan “Coca-Cola”nın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalaraq 8,3 milyard ABŞ dolları təşkil edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, şirkətin satışları azalmaqdadır və təkcə aprel ayında azalma 25% təşkil edib. 

“Koronavirus pandemiyasının II rübün və yaxud ümumilikdə bu ilin nəticələrinə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Bu, tamamilə "sosial məsafə" qanununun və karantin rejiminin qüvvədə olma müddətindən, makroiqtisadi bərpa müddətindən asılıdır”, - şirkətin açıqlamasında bildirilir.