Çin rəsmisi: "İranla qanuni ticarətə hörmət edilməlidir"

Biznes
  • 05 noyabr, 2018
  • 11:01
Çin rəsmisi: İranla qanuni ticarətə hörmət edilməlidir

Bakı. 5 noyabr. REPORT.AZ/ Çin ABŞ-ın İrana qarşı bu gündən qüvvəyə minmiş yeni sanksiyalarına münasibət bildirib. 

“Report” “Reuters”ə istinadən xəbər verir ki, rəsmi Pekinin mövqeyini Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq açıqlayıb. 

O bildirib ki, İranla qanuni ticarətə hörmət edilməlidir. Çin rəsmisi sanksiyalardan təəssüfləndiyini də deyib. 

Bununla belə, H.Çunyinq ölkəsinin İrana qarşı tətbiq edilən sanksiyalarından azad edilməsi ilə bağlı məsələyə münasibət bildirməyib. 

44 - Tezliklə