Cəlal Qasımov: "Biznes qanunların icra mərhələsində yox, hazırlanmasında da iştirak etməlidir"
- 05 fevral, 2026
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyatda ciddi dəyişikliklər baş verdiyindən texnologiyalar aqressiv formada insan həyatına daxil olur.
"Report" xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda bildirib.
O qeyd edib ki, belə platformaların çox olmasına ehtiyac var: "Dövlət strukturlarında qanunları yazmaq, müzakirə etmək vaxt ala bilir. Amma həyat gözləmir - sürətli şəkildə dəyişir. Qanunvericiliyin və biznesin birlikdə çalışması lazımdır. Biznes, cəmiyyət, dövlət - hamımız birlikdə çalışıb inkişaf edə bilərik. Biznes qanunların yalnız icra mərhələsində yox, hazırlanmasında iştirak etsə yaxşı olar. Biznesin qanunların hazırlanmasında iştirakı bu sahənin inkişaf etməsinə gətirib çıxaracaq. Çünki bizim məqsədimiz eynidir".