Camid Mövsümov: "Gələcəyin marketinq siyasətində marka yaratmaq anlayışı olmayacaq"
- 21 dekabr, 2019
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
"Gələcəyin marketinq konsepti birlikdə yaratma və inkişaf etdirmə olacaq. Belə ki, müştəri satıcı ilə məhsulu birlikdə hazırlayacaq"
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Marketing guide 2019” tədbiri zamanı ABAD publik hüquqi şəxsin Layihələrin idarəedilməsi departamentinin direktor müavini Camid Mövsümov deyib.
"İstehlakçı idarəetməsi cəhətdən yanaşsaq, gələcəyin marketinq konsepti seqmentasiya, hədəfləmə və yerləşdirmədir. Artıq müştəri müəssisənin bir ortağı kimi qəbul ediləcək. Marka yaratmaq anlayışı, ümumiyyətlə, ortadan qalxacaq. Xarakter yaratmaq anlayışı yaranacaq. Yəni insanların beynində məhsulun xarakteri formalaşdırılacaq", - C.Mövsümov əlavə edib.
Xatırladaq ki, bu gün Bakıda “Marketing guide 2019” tədbiri keçirilib. Tədbirdə, əsasən, kino-media, idman, səhiyyə, istehsal, bank, iaşə, turizm sahəsində marketinqin inkişafı mövzusunda Azərbaycan və Türkiyədən spikerlər öz təcrübələrini bölüşüb.
Qeyd edək ki, tədbirin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək olmaq, müasir korporativ idarəetmə mexanizmlərinin şirkətlərdə tətbiq edilməsi,marketinqin son trendlərinin müzakirə olunması, beynəlxalq təcrübənin, strateji həmlələrin tətbiq edilməsi, markalaşmada və xarici bazarlara addımlarda əsas məqamları vurğulamaq olub.