Bu ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətinə gedir
Biznes
- 30 may, 2018
- 13:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 may. REPORT.AZ/ "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi sabah 2018-ci ilin ilk ixrac missiyasını Rusiyanın Həştərxan vilayətinə təşkil edəcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, missiya çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan istehsalı olan məhsullara dair təqdimatların keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Həştərxana təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda kənd təsərrüfatı, emal, yüngül sənaye, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30 yerli şirkətin nümayəndəsi daxildir.
Son xəbərlər
12:34
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya
12:31
Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Sənaye
12:25
Foto
AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Futbol
12:20
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
12:19
Əhliman Əmiraslanov: Azərbaycanda insanların donorluğa olan münasibəti çox dəyişib
Sağlamlıq
12:17
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Hərbi
12:15
ABŞ-də ticarət mərkəzində atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb
Digər ölkələr
12:00
Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
Digər ölkələr
12:00
Video
Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu: 32 döyüşçü ilə düşmənin yüzlərlə hərbçisini məhv etdik - Müsahibə
Qarabağ