Bu ilin ən yaxşı ixracatçıları məlum olub

Biznes
  • 29 oktyabr, 2021
  • 07:15
Bu ilin ən yaxşı ixracatçıları məlum olub

Qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-sentyabr ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışında bildirilir.

Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə “MKT İstehsalat Kommersiya” MMC liderlik edir.

Bundan əlavə, həmin siyahıda digər yerləri “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Local Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Bulder 007 LTD” MMC tutur.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”.