Bu il İranın Xəzəryanı ölkələrə ixracının ən yüksək artımı Azərbaycana olub
- 27 sentyabr, 2022
- 09:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il martın 21-də başlayan Hicri-Şəms təqvimi ilə avqustun 23-dək İranın Xəzəryanı ölkələrə ixracının ən yüksək artımı Azərbaycan ilə qeydə alınıb.
“Report”un İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İranın Ticarətin Təşviqi Təşkilatının (TPOI) Mərkəzi Asiya, Qafqaz və Rusiya məsələləri üzrə baş direktoru Rəhmətullah Xormali bildirib.
O bildirib ki, bu dövrdə İranın Azərbaycana ixracı 84 %, Türknmənistana - 40 %, Rusiyaya isə 31 % artıb.
Onun sözlərinə görə, bu ilin ilk 5 ayında İranın Xəzəryanı ölkələrə ixracı 45 % artıb: “Gömrük statistikasına əsasən, bu dövrdə ölkənin Xəzəryanı ölkələrə ixracının dəyəri 814 milyon ABŞ dolları təşkil edib”.
R. Xormali həmçinin bildirib ki, oktyabrın 4-7-də Rusiyanın paytaxtı Moskvada Xəzəryanı Dövlətlərin 2-ci İqtisadi Konfransı keçiriləcək. Bu konfransda region ölkələrinin baş nazirləri, ticarət palatalarının sədrləri və yüksək vəzifəli rəsmiləri iştirak edəcək.