Bu il Azərbaycan tütün idxalına çəkdiyi xərci 2 dəfədən çox artırıb

Biznes
  • 24 mart, 2023
  • 09:17
Bu il Azərbaycan tütün idxalına çəkdiyi xərci 2 dəfədən çox artırıb
google.az

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 17,8 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bu ilin ilk iki ayında ərzində Azərbaycanın ixrac etdiyi tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 1,6 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 14,3 % çoxdur.

Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,67 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,04 %-ni təşkil edib.

44 filmi