Bu il Azərbaycan metanol ixracından qazancını 14 %-dən çox artırıb
- 25 oktyabr, 2024
- 06:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 75 milyon 302,46 min ABŞ dolları dəyərində 367 min 96 ton metanol (metil spirti) ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 14,6 %, həcmi isə 6,8 % artıb.
Sentyabrda isə ölkədən 10 milyon 271,64 min ABŞ dolları məbləğində 44 min 834 ton metil spirti ixrac edilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 50,3 % çox və 8,2 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metanolun payı 3,62 % təşkil edir.
Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.