Bu il Azərbaycan metanol ixracından qazancını 10 %-dən çox artırıb

Biznes
  • 27 sentyabr, 2024
  • 08:14
Bu il Azərbaycan metanol ixracından qazancını 10 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 65 milyon 30 min ABŞ dolları dəyərində 322 min 261,7 ton metanol (metil spirti) ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 10,4 %, həcmi isə 9,3 % artıb.

Avqustda isə ölkədən 10,5 milyon ABŞ dolları məbləğində 48,7 min ton metil spirti ixrac edilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 1,8 dəfə və 14,5 % çoxdur.

8 ay ərzində Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.