Bu il Azərbaycan mebel idxalına çəkdiyi xərci 14 %-dək artırıb

Biznes
  • 19 dekabr, 2022
  • 12:26
Bu il Azərbaycan mebel idxalına çəkdiyi xərci 14 %-dək artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 99 milyon 899,56 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə 12 milyon 69,2 min ABŞ dolları və yaxud 13,74 % çoxdur.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,78 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon ABŞ dolları ixracın, 12 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 filmi