Biotexnologiya məhsulları istehsalına 440 min manat güzəştli kredit ayırılıb

Biznes
  • 26 dekabr, 2022
  • 12:32
Biotexnologiya məhsulları istehsalına 440 min manat güzəştli kredit ayırılıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu biotexnologiya məhsullarının istehsalı üçün AqriBioEkoTex MMC-yə 440 min manat güzəştli kredit verib.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib

Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.

44 filmi