Belarus Azərbaycandan alma tədarükünü bərpa edib

Biznes
  • 24 may, 2022
  • 11:19
Belarus Azərbaycandan alma tədarükünü bərpa edib

2022-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan xaricə 7,29 milyon ABŞ dolları dəyərində 11 min 102 ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30 % artıb, kəmiyyət olaraq – 21,4 % azalıb.

Rusiyaya 7,06 milyon ABŞ dolları dəyərində 10 min 667 ton, Belarusa 104 min ABŞ dolları dəyərində 110,66 ton, Qazaxıstana 66,67 min ABŞ dolları dəyərində 188,96 ton, Qətərə 34,38 min ABŞ dolları dəyərində 36 ton, İrana 15,95 min ABŞ dolları dəyərində 63,8 ton, Ukraynaya 7,93 min ABŞ dolları dəyərində 36,1 ton məhsul satılıb.

Ötən ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 32 % artıb və 19,3 % azalıb, Qazaxıstana – 59 % və 68 % azalıb, İrana – 30 % və 37 % azalıb. Bir il əvvəl Qətər və Ukraynaya alma satılmayıb. Dörd il 11 aylıq fasilənin ardından Belarus Azərbaycandan alma alışını bərpa edib.

Hesabat dövründə 165,67 min ABŞ dolları dəyərində 157,44 ton alma idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 54 % çoxdur və 28 % azdır.

Gürcüstandan 122,03 min ABŞ dolları dəyərində 101,69 ton, Rusiyadan 43,64 min ABŞ dolları dəyərində 55,75 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Gürcüstandan tədarük müvafiq olaraq 2,6 dəfə və 46,3 % artıb, Rusiyadan – 27,5 % və 62,3 % azalıb.