BƏƏ Azərbaycandan alma alışını 8 dəfə artırıb

Biznes
  • 24 dekabr, 2022
  • 13:19
BƏƏ Azərbaycandan alma alışını 8 dəfə artırıb

2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan xaricə 33,245 milyon ABŞ dolları dəyərində 51 min 678 ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,5 %, kəmiyyət olaraq – 0,6 % çoxdur.

Hesabat dövründə Rusiyaya 32,118 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20,3 % çoxdur) 48 min 890 ton (+1,1 %), Qazaxıstana 621,1 min ABŞ dolları dəyərində (-7,7 %) 2 min 106 ton (-10 %), Belarusa 271,72 min ABŞ dolları dəyərində 268,93 ton (4 il 11 aydan sonra bərpa edilib), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 117,61 min ABŞ dolları dəyərində (+7,8 dəfə) 137 ton (+8 dəfə), Qətərə 35,1 min ABŞ dolları (-30 dəfə) dəyərində 36,32 ton (-33,4 %) məhsul satılıb.

Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (13 ölkəyə) 66,85 min ton almanın 94 %-i Rusiyanın payına düşüb.