Baş konsul: “Azərbaycanın iş adamları Acarıstana sərmayə qoymaqda maraqlıdırlar”
Biznes
- 01 dekabr, 2016
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının baş katibi Osman Çalışkan ilə görüşüb.
Baş konsulluqdan “Report”un Gürcüstan bürosuna verilən məlumata görə, görüşdə iqtisadi, ticari, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi, biznes sahəsində gələcək əməkdaşlıq planları barədə fikir mübadiləsi aparılıb.
O.Çalışkan baş konsul R.İsmayılova assosiasiyanın fəaliyyəti və onun üzvləri barədə geniş məlumat verib.
Baş konsul Azərbaycan investorlarının Acarıstan regionuna sərmayə qoymaqda maraqlı olduğunu bildirib.
Tərəflər gələcəkdə əməkdaşlığının davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Son xəbərlər
20:47
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət
20:40
Video
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət
20:38
Azərbaycanın U-20 voleybol millisi yoxlama oyununda qələbə qazanıb
Komanda
20:33
Foto
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Mədəniyyət siyasəti
20:24
"Politico": Uitkoff Ağ Evin aparat rəhbəri vəzifəsinə namizədlər arasındadır
Digər ölkələr
20:15
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
Digər ölkələr
20:01
Foto
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Xarici siyasət
19:59
Türkiyənin sosial media seqmentində Azərbaycanın dünyəvi dövlət modelinə dəstək
Analitika
19:58
SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib
Region