"Bakıxanov Trikotaj" səhmdarlarına hesabat verəcək

Biznes
  • 26 avqust, 2025
  • 09:36
Bakıxanov Trikotaj səhmdarlarına hesabat verəcək

Sentyabrın 4-də, saat 12:00-da "Bakıxanov Trikotaj" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 26 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2024-cü il üzrə mühasibat balansının və hesabatlarının təsdiq edilməsi, eləcə də cari məsələlər daxildir.

Xatırladaq ki, "Bakıxanov Trikotaj" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 192 min manatdır.

44 - Tezliklə