Bakının daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb

Biznes
  • 11 noyabr, 2021
  • 10:09
Bakının daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb

Bu ilin oktyabr ayında paytaxtın daşınmaz əmlak bazarında qiymətlər 3,18 % azalıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

İlin əvvəli ilə müqayisədə qiymətlərdə 2,51 % artım olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bazarda 3,1 % bahalaşma qeydə alınıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında daşınmaz əmlak bazarında ötən ilin eyni dövrü ilə müqayisədə 11,01 %-lik qiymət artımı qeydə alınmışdı.

44 filmi