Bakıda beynəlxalq investisiya konfransı keçiriləcək

Biznes
  • 11 sentyabr, 2015
  • 06:18
Bakıda beynəlxalq investisiya konfransı keçiriləcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Oktyabrın 26-da Bakıda "InvestPro Azerbaijan-2015" adlı beynəlxalq investisiya konfransı keçiriləcək.

"Report" xəbər verir ki, tədbir beynəlxalq investisiya, maliyyə, kapitalın idarə olunması və artırılması, beynəlxalq strukturların qurulmasına həsr olunub.

"InvestPro Azerbaijan-2015" konfransında Azərbaycan, MDB, Avropa İttifaqı və Asiya ölkələri maliyyə bazarının aparıcı mütəxəssislərinin 15 məruzəsi dinləniləcək. Bununla paralel keçiriləcək sərgidə isə 20-dən artıq eksponent - beynəlxalq banklar, hüquq, investisiya, auditor, maliyyə və s. şirkətlər iştirak edəcək.

Qeyd edək ki, tədbirin əsas təşkilatçışı rolunda "Bosco Conference" təşkilatı çıxış edir.