Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır

Biznes
  • 13 iyun, 2020
  • 17:40
Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır

Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

Bu barədə “Report”a AZAL-dan bildirilib.

Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Qeyd edilir ki, 7 iyul tarixədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.

Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixdən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.