Bakı Musiqi Akademiyasında istehlakçı hüquqlarına dair seminar keçirilib
- 29 mart, 2017
- 15:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 mart. REPORT.AZ/ Ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu gün Bakı Musiqi Akademiyasında istehlakçı hüquqlarına dair seminar keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda təşkil olunan seminarda təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində maarifləndirmənin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi barədə ətraflı müzakirələr aparılıb. İştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb.