“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” kredit almaq istəyir

Biznes
  • 26 aprel, 2024
  • 06:50
“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” kredit almaq istəyir

İyunun 6-da, saat 11:00-da “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2023-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi, istehsalatın inkişafı üçün kredit təşkilatlarından borc alınması və digər təşkilati məsələlər daxildir.

44 filmi