Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçiriləcək

Biznes
  • 06 iyun, 2018
  • 13:29
Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçiriləcək

Bakı. 6 iyun. REPORT.AZ/ İyunun 9-u saat 14:00-da Bakı Baş Gömrük İdarəsində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçiriləcək.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin iştirakı ilə təşkil olunan görüşdə gömrük sistemində həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması tədbirləri barədə məlumat veriləcək, eyni zamanda iş adamlarını maraqlandıran məsələlər müzakirə olunacaq.

“Görüşdə iştirak etmək istəyən xarici iqtisadi fəaliyyət iştirakçılarından Bakı Baş Gömrük İdarəsinə müraciət edərək qeydiyyatdan keçmələri xahiş olunur və yalnız qeydiyyatdan keçən şəxslərin görüşdə iştirakı təmin olunacaq”, - məlumatda qeyd olunub.

44 - Tezliklə