"AzNar" səhmdarlarına dividend ödəyəcək
Biznes
- 30 aprel, 2024
- 05:06
İyunun 14-də, saat 12:00-da Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Göyçay şəhəri, Natəvan küçəsi, 120 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2023-cü il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, dividendlərin elan olunması və ödənilməsi, restruktizasiya və yeni törəmə cəmiyyətlərinin, təsərüffat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər daxildir.
Xatırladaq ki, "AzNar"2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur.
Son xəbərlər
05:57
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
Digər ölkələr05:20
ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib
Digər ölkələr04:58
Bessent Ukraynadakı müharibə bitənə qədər ABŞ-Rusiya razılaşmasını istisna edib
Digər ölkələr04:15
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib
Digər ölkələr03:55
ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək
Digər ölkələr03:24
Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
Digər ölkələr02:56
Türkiyə NASA-nın "Artemis Sazişləri"nə qoşulub
Region02:33
WSJ: ABŞ-nin ordu naziri Driskoll istefa verib
Digər ölkələr02:18