“Azexport” parfümeriya istehsalçısına sərbəst satış sertifikatı verib

Biznes
  • 06 iyul, 2023
  • 11:06
“Azexport” parfümeriya istehsalçısına sərbəst satış sertifikatı verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı növbəti dəfə sərbəst satış sertifikatları təqdim edib.

"Report" Mərkəzə istinadən xəbər verir ki, sertifikatlar “Gazelli Group” MMC-nin istehsal etdiyi şampun, duş geli, maye sabun və digər məhsullar daxil olmaqla, ümumilikdə 16 çeşiddə kosmetik vasitənin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracı üçün nəzərdə tutulub.

Sertifikatlar ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən təqdim olunub, ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2023-cü il iyul ayına kimi 652 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

44 - Tezliklə