Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi cüzi azalıb

Biznes
  • 26 mart, 2023
  • 11:57
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi cüzi azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Türkiyə arsında ticarət dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 % azalaraq 895 milyon 388 min ABŞ dolları təşkil edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəmizdən Türkiyəyə ixrac 10,8 % azalaraq 553 milyon 843 min ABŞ dolları olub.

Türkiyədən idxal isə 9,3 % artaraq 341 milyon 544 min ABŞ dolları təşkil edib.

Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyənin payı 12,49 %-dir.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,7 % azdır. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 24,3 % azalıb, idxal isə 34,4% artıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 869 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,1 dəfə azdır.

44 filmi