Azərbaycanla Qırğızıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri açıqlanıb

Biznes
  • 24 oktyabr, 2025
  • 12:17
Azərbaycanla Qırğızıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri açıqlanıb

Azərbaycan Qırğızıstanla strateji tərəfdaşlığın möhkəmlənməsi və iqtisadi əlaqələrinin gücləndirilməsini müzakirə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.

"Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov ilə görüşmək xoş oldu. Ölkələrimizin strateji tərəfdaşlığının möhkəmlənməsi və iqtisadi əlaqələrinin gücləndirilməsi istiqamətində ticarət dövriyyəsinin artırılması, texnologiyalar və innovasiyalar, kənd təsərrüfatı, enerji, logistika, infrastruktur və digər sahələrdə işbirliyinin fəal dəstəklənməsini müzakirə etdik", - nazir bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti