Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Biznes
  • 01 iyul, 2025
  • 12:39
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, sənədlər Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun rəhbərliyi ilə ölkədə səfərdə olan biznes nümayəndələri ilə keçirilmiş görüş çərçivəsində imzalanıb: "Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini gücləndirəcək".

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, tədbirdə imzalanmış sənədlər quru tikinti qarışıqları, gipsokarton, yüksək gərginlikli kabellər, süd və kimya məhsullarının istehsalını, Özbəkistanın Namanqan şəhərində yaşayış evlərinin tikintisini nəzərdə tutur.

"Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini stimullaşdıracaq", - deyə məlumatda qeyd olunub.