Azərbaycanın şəkər ixracından qazancı 31 %-dək azalıb

Biznes
  • 21 may, 2022
  • 06:38
Azərbaycanın şəkər ixracından qazancı 31 %-dək azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 55,075 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır.

Hesabat dövründə Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı ixracının dəyəri isə 9,405 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 30,7 % azdır.

4 ay ərzində şəkər idxalına çəkilən xərc ümumi idxalın 1,36 %-ni, şəkər ixracından əldə olunan gəlir isə ümumi ixracın 0,08 %-ni təşkil edib.

44 - Tezliklə