Azərbaycanın quşçuluq müəssisəsi əmlakını icarəyə verəcək və girov qoyacaq

Biznes
  • 18 aprel, 2025
  • 15:26
Azərbaycanın quşçuluq müəssisəsi əmlakını icarəyə verəcək və girov qoyacaq

İyunun 2-də, saat 12:00-da "Biləsuvar Quşçuluq" ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, yığıncaq Biləsuvar rayonu, Səmədabad kəndində olacaq.

Yığıncağın gündəliyinə şirkətin qanuni təmsilçilik funksiyasını icra edən direktorunun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi, eləcə də əmlakının icarəyə verilməsi və girov qoyulması, kreditor borclarının ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Biləsuvar Quşçuluq" 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı isə 788 242 manatdır.

44 filmi